növbəti iclapsında AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Dövlət Neft Şirkəti kollektivinin bilavasitə iştirakı ilə elmi-nəzəri, geoloji planalma, geoloji-axtarış işlərinin son nəticələrinə əsaslanan geoloji-geofiziki və tektonik materiallar əsasında tərtib olunmuş Azərbaycan Respublikasının yeni 1:500 000 miqyaslı geoloji xəritəsi müzakirə olunub.

İclasda AMEA-nın müxbir üzvü H.Mustafayevin xəritə haqqında məruzəsi dinlənilib.

H.Mustafayev 1975-ci ildə Azərbaycan Respublikasının 1:500 000 miqyaslı axırıncı geoloji xəritəsinin çap olunduğu vaxtdan ötən 30 il ərzində bu ərazidə irimiqyaslı geoloji-planalma işlərinin aparıldığı və ayrı-ayrı regionların geoloji xəritələrinin tərtib olunduğu barədə məlumat verib.
əsa
Onun sözlərinə görə, aparılmış tədqiqatlar sında Azərbaycanın yeni geoloji xəritəsində ilk dəfə olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda şelf zonası kompleksləri ayrılmış və Böyük Qafqazın cənub və Kiçik Qafqazın şimal-şərq yamaclarında aparılan irimiqyaslı geoloji planalmanın nəticələri əks olunub.

Akademiklər Budaq Budaqov, Bəkir Nəbiyev, Akif Əlizadə və başqaları çıxış edərək xəritə barədə fikirlərini bildiriblər.