Çox vaxt mailinizin oğurlanmasına özünüz də şahid olurursunuz
Bunun Qarşısını Necə Almaq olar ?

Minlərlə Hotmail, Gmail və Yahoo hesabının oğurlanmasının ardından qabaqda gələn təhlükəsizlik proqramı mütəxəssislərinin etdiyi araşdırma nəticəsində təəccüblü bir gerçək ortaya çıxdı. Edilən araşdırma nəticəsində ələ keçərilən hesablar arasında istifadə edilən ən məşhur Hotmail və MSN şifrəsinin 12345 olduğu ortaya çıxdı.

Acuntetix blogcusu Bogdan Calin, 10.000 hesabı araşdırdı. Bunlardan 820 dənəsinin şifrəsinin 12345 olduğunu gördü. Digər məşhur şifrələr isə 12345678, 1234567 və təxmin edə biləcəyiniz kimi 111111 oldu.

Aydın ola biləcəyi kimi istifadəçilərin böyük əksəriyyəti çox zəif şifrələr istifadə edir. Yüzdə 43ü yalnız kiçik hərf istifadə edərkən, istifadəçilərin yüzdə 19u yalnız ədədi şifrə seçmişdir. Şifrələrin yalnız yüzdə 6ı olması lazım olduğu kimi güclü şifrələrdən meydana gəlirmiş.

NECƏ GÜCLÜ ŞİFRƏ YARADILAR?

Güclü şifrə meydana gətirmənin ilk şərti istifadəçi hesabınız haradan olursa olsun, bu şifrələrinizi ola bildiyincə uzun tutmaqdır. Məsələn yalnız 3-4 söz ya da rəqəmin istifadə edilməsiylə yaradılan şifrələrin praktikada istifadəçilərə heç bir faydası yoxdur və bu cür şifrələrin oğurlanma ehtimalı olduqca yüksəkdir.

Bunun xaricində şifrə meydana gətirərkən şifrələrin içərisində @ kimi xüsusi simvolların istifadə edilməsi də şifrələrin təhlükəsizliyini ola bildiyincə artıracaq. Əlbəttə şifrələrin yalnız söz və ya yalnız rəqəmlərdən meydana gəlməsi də şifrələrin təhlükəsizliyini təhlükəyə soxacaq. Bu səbəblə ədəd və rəqəmlərin bir yerdə olduğu və "@" kimi xüsusi simvolların da istifadə edildiyi uzun şifrələrin etibarlılığı hər vaxt çoxdur və hackerlərin bu cür şifrələri ələ keçərməsi praktikada olduqca çətindir

Отредактировано anos (2009-11-02 22:20:19)